Həbib Nurməhəmmədov və Castin Getji arasında döyüş azarkeşsiz keçiriləcək
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı döyüşçü Castin Getji arasında döyüş azarkeşsiz keçiriləcək.

Bu barədə rusiyalı idmançı döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib. Döyüş oktyabrın 24-də Əbu-Dabidə baş tutacaq.

H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib.

Xəbər 554 dəfə oxundu.