Azərbaycanın U-17 millisi yoxlama oyununda gücünü sınayıb
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

U-17-in heyətində Ayxan Süleymanlı fərqlənib.

Xəbər 371 dəfə oxundu.