Sloveniyalı Tadey Poqaçar “Tour de France” veloyürüşünün 15-ci mərhələsinin qalibi olub
“Tour de France” veloyürüşündə 15-ci mərhələyə yekun vurulub.

“Team Team Emirates” komandasının təmsilçisi, sloveniyalı Tadey Poqaçar bütün rəqiblərini üstələyərək qalib olub. Belə ki, o, 174,5 kilometr məsafəni 4 saat 34 dəqiqə 13 saniyəyə qət edib. İkinci yeri həmyerlisi Primoj Roqliç (“Jumbo-Visma”), üçüncü yeri isə “Trek-Segafredo” komandasının üzvü, avstraliyalı Riçi Port tutub.

Uzunluğu 164 kilometr məsafədə 16-cı mərhələ sentyabrın 14-də baş tutacaq.

“Tour de France” 107-ci dəfə təşkil olunur. Turnir ümumi uzunluğu 3470 kilometr olan 21 mərhələdən ibarətdir. Keçən il yarışın qalibi “Ineos” komandasının kolumbiyalı velosipedçisi Eqan Bernal olub.

Xəbər 502 dəfə oxundu.