Binəqədi İdman Kompleksində uşu üzrə Bakı şəhər turniri keçirilir
Sentyabrın 13-də Binəqədi İdman Kompleksinin stadionunda Tovuzda şəhid olan zabit və əsgərlərimizin şərəfinə uşunun çinda və sanda növləri üzrə Bakı şəhər turniri keçirilir.

Yeniyetmələr, gənclər və kişilər arasında keçirilən yarışda Bakının idman klublarından 150 idmançı qızıl medal uğrunda mübarizə aparır.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Xəbər 365 dəfə oxundu.