Buba Kallou: "Azərbaycandakı dünya çempionatı hər mənada faydalı olacaq”
“Ümid edirik ki, Azərbaycandakı dünya çempionatı hər mənada, o cümlədən, bizim üçün faydalı olacaq”. İdman.com.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Qambiya millisinin baş məşqçisi Buba Kallou deyib.

Payızda ölkəmizdə keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının bu gün baş tutacaq püşkatma mərasiminin qonağı olan afrikalı mütəxəssis yarışda iddialı olmadıqlarını yaxşı başa düşür.

O, mükafatlar uğrunda mübarizə aparmaq iqtidarında olmayan yetirmələrinin özlərini göstərməsi üçün faydalı sayır: “Düşünürəm ki, mundial bizim qızlar üçün ekspozisiya xarakteri daşıyacaq. Futbolçularımız da özlərini göstərib xarici klublara transfer oluna biləcək”.

Xəbər 981 dəfə oxundu.