Futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümünə start verilib | |
Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünə start verilib. Çempionatın açılış matçında “Arsenal” səfərdə “Fulhem” ilə üz-üzə gəlib. London derbisində “topçular” 3:0 hesabı ilə qələbə qazanıblar. Görüşdə hesab 8-ci dəqiqədə açılıb. “Arsenal”ın hücumçusu Aleksandr Lakazet mövsümün ilk qoluna imza atıb. Matçın 49-cu dəqiqəsində Qabriel Dos Santos, 57-ci dəqiqədə isə Pyer-Emerik Obameyanq fərqləniblər. Tura sentyabrın 14-də yekun vurulacaq. |
|
Xəbər 435 dəfə oxundu. |
|
|