Tennis üzrə ABŞ açıq turnirində kişilərin yarışının ikinci finalçısı da müəyyənləşib
Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) kişilər arasında ikinci finalçı müəyyənləşib.

Turnirin ikinci yarımfinal görüşündə Danil Medvedev (Rusiya) və Dominik Tim (Avstriya) üz-üzə gəliblər. İki saat 53 dəqiqə davam edən görüş avstriyalı tennisçinin qələbəsi ilə başa çatıb - 6:2, 7:6 (9:7), 7:6 (7:5).

Dominik Tim turnirin həlledici görüşündə almaniyalı Aleksander Zverev ilə qarşılaşacaq.

A.Zverev yarımfinalda Pablo Karreno-Busta (İspaniya) üzərində çətin qələbə qazanıb - 6:3, 6:2, 3:6, 4:6, 3:6.

Ümumi mükafat fondu 53,4 milyon dollar təşkil edən turnirə sentyabrın 13-də yekun vurulacaq.

Xəbər 461 dəfə oxundu.