Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümünə start verilir
Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasında 2020-2021-ci il mövsümünə start verilir.

Çempionatın ilk turu 3 günü əhatə edəcək.

Yeni mövsümün açılış matçında “Arsenal” səfərdə “Fulhem” komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Bundan başqa, saat 18:00-da “Kristal Palas”-“Southemton”, saat 20:30-da isə iki qarşılaşma – “Liverpul”-“Lids” və “Vest Ham” – “Nyukasl Yunayted” matçları keçiriləcək.

Sentyabrın 13-də saat 17:00-da İngiltərə çempionatında “Vest Bronviç”–“Lester Siti”, saat 19:30-da isə “Tottenhem”-“Everton” oyunları təşkil olunacaq.

Tura sentyabrın 14-də “Şeffild Yunayted”-“Vulverhempton” və “Brayton”-“Çelsi” oyunları ilə yekun vurulacaq. Bu oyunlar müvafiq olaraq saat 21:00-da və 23:15-də başlayacaq.

İngiltərə Premyer Liqanın yeni mövsümündə 20 klub çempionluq uğrunda mübarizə aparacaq.

Xəbər 429 dəfə oxundu.