Salyanda keçirilən mini-futbol yarışının qalibləri müəyyənləşib
Salyan Rayon Gənclər və İdman İdarəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə layihəsi olan “Könüllülər kuboku”nun əsasnaməsinə uyğun olaraq mini-futbol yarışı keçirilib.

Yarışda 1 saylı tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yuxarı Noxudlu kənd orta məktəbi yarışı ikinci, Salyan Rayon Gənclər və İdman İdarəsinin komandası isə üçüncü pillədə başa vurublar.

Qalib komandanın oyunçuları “Könüllülər kuboku”nun müvafiq diplomları və Salyan Rayon Gənclər və İdman İdarəsinin fərqlənmə diplomları ilə təltif olunublar.

Xəbər 491 dəfə oxundu.