“Qəbələ” klubu braziliyalı hücumçu ilə müqavilə imzalayıb
Transfer çalışmalarını davam etdirən “Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının növbəti turu ərəfəsində braziliyalı Rafael Utziqin transferini reallaşdırıb. İyirmi dörd yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

İndiyədək yalnız vətənində çıxış edən cənubi amerikalının sonuncu klubu “Parana” olub. Sağ cinah vingeri mövqeyində də oynayan R.Utziq 2018-2020-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.

Utziq karyerası ərzində “Foz de İquaçu”, “Kaskavel”, “Ypiranqa Ereçim” və “Çianorte”nin də formasını geyinib.

Xəbər 435 dəfə oxundu.