Portuqaliya Qran-Prisi 45 minədək tamaşaçı qəbul etməyə hazırdır
Formula 1 Portuqaliya Qran-Prisinin təşkilatçıları oktyabrın 23-dən 25-dək keçiriləcək yürüşdə 45 minədək tamaşaçı qəbul etməyə hazır olduqlarını açıqlayıblar.

Bu barədə avtodromun kommersiya direktoru Miqel Praya məlumat verib.

O, tribunalarda 90 min yerin olduğunu, lakin hökumətin icazəsi ilə onların yarısından istifadə edə biləcəklərini bildirib. M.Praya qeyd edib ki, avtodromun girişində bütün azarkeşlərin istiliyi ölçüləcək. Vurğulanıb ki, avtodroma maskada buraxılacaq tamaşaçılar, yalnız tribunalarda maskaları çıxara biləcəklər.

Xəbər 456 dəfə oxundu.