Bakının “Neftçi” klubu Konqo millisinin futbolçusu ilə müqavilə imzalayıb
Bakının “Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.

Konqo milli komandasının üzvü Prins İbara ilə birillik müqavilə imzalanıb. Belçikanın “Birşot” klubuna məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında komandamızın heyətində çıxış edəcək. O, 13 nömrəli formanı geyinəcək.

Prins İbara Konqonun ACNFF, Qabonun "Pelikan”, Tunisin “Bizerten”, Qətərin “Əl-Vakra” və Əlcəzairin “USM Əlcəzair” klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.

Xəbər 439 dəfə oxundu.