“Mura” klubu zamanı forma problemi ilə üzləşib
Sloveniyanın “Mura” klubu Avroliqanın I təsnifat mərhələsində “Bakı” ilə oyunla əlaqədar Azərbaycana səfərində daha bir çətinliklə üzləşib. İdman.com.az saytının məlumatına görə, əvvəlcə viza məsələlərini həll edə bilməyən rəqib oyun zamanı forma problemi ilə üzləşib.

Belə ki, Sloveniya təmsilçisinin forması “Bakı” kimi zolaqlı olduğundan, onunla meydana çıxa bilməyib. Bu zaman UEFA-nın qaydalarına görə, meydan sahibi qonaqları forma ilə təmin etməlidir və “Mura”ya I divizion təmsilçimiz olan Bakının “Lokomotiv” klubunun qırmızı rəngdə olan forması verilib.

Qeyd edək ki, “Bakı”nın rəhbərliyinin məsələyə qarışmasından sonra vizanı Heydər Əliyev Beynəlxalq Hava Limanında alan sloveniyalıların planlarında dəyişiklik edərək, ölkəmizə çarter reysi ilə gəlmişdilər.

Xəbər 924 dəfə oxundu.