Sabah stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatları keçiriləcək
Sentyabrın 12-də Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri - stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatları keçiriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçiriləcək yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçəcək. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçüləcək, xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunacaq. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada təşkil olunacaq.
Stronqmen yarışları üç hərəkət və 4 çəki dərəcəsi – 80, 95, 110 kiloqram və 110 kiloqramdan yuxarı təşkil olunacaq ölkə birinciliyinin baş hakimi beynəlxalq dərəcəli hakim Eldar Məmmədov olacaq. Yarışda 20 idmançı gücünü sınayacaq.
“Strict curl” yarışlarında isə idmançılar U-23 və böyüklər yaş kateqoriyalarında mübarizə aparacaqlar. Hər kateqoriya üzrə 10 çəki dərəcəsində 50 idmançı birincilik uğrunda yarışacaq.
Qaliblər Azərbaycan Stronqmen Federasiyası tərəfindən medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

Xəbər 471 dəfə oxundu.