“Futbol həftəsi” turnirinin qalibləri mükafatlandırılıb
Sentyabrın 11-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında “Futbol həftəsi” turniri keçirilib.

Həm sağlam, həm də əqli imkanları məhdud idmançılar arasında keçirilən turnirdə 20-dən artıq komanda mübarizə aparıb.
Yarışın yekununda fərqlənən komandalar kubok və medallarla təltif ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 420 dəfə oxundu.