Türkiyə klubu U-21 millimizin üzvünü heyətinə qatmaq istəyir
Türkiyənin “Altay” futbol klubu U-21 millimizin üzvü Toral Bayramovu heyətinə qatmaq istəyir.

Aşağı divizion təmsilçisi hazırda gənc futbolçunun oyunlarını izləyir. Azərbaycan çempionu “Qarabağ”ın heyətində çıxış edən futbolçu ilə bağlı artıq qış transfer pəncərəsində danışıqların başlanması gözlənilir.

Qeyd edək ki, T.Bayramov U-21 millimizin Fransa yığması ilə sonuncu oyununda cərimə zərbəsindən gözəl qolla yadda qalmışdı.

Xəbər 427 dəfə oxundu.