ABŞ açıq turnirində qadın tennisçilərin yarışının finalçıları müəyyənləşib
Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində qadınlar arasında finalçılar müəyyənləşib.

Turnirin altıqat qalibi Serena Vilyams yarımfinalda belaruslu Viktoriya Azarenkoya məğlub olub – 1:2 (6:7, 6:3 və 3:6). Belaruslu raketka ustası finalda yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək. Həlledici oyun sentyabrın 13-də keçiriləcək.

Xəbər 488 dəfə oxundu.