Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında “Futbol həftəsi” turniri start götürüb
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında “Futbol həftəsi” turniri start götürüb.

Həm sağlam, həm də əqli imkanları məhdud idmançılar arasında keçirilən yarışda 20-dən artıq komanda mübarizə aparır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilən turnir 2021-ci ildəki beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Xəbər 324 dəfə oxundu.