Avropa Liqası: Azərbaycan klublarının 6 üzvünü də fərqləndirib
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın rəsmi saytı müxtəlif statistik göstəricilər üzrə futbolçuların siyahısını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, eyni göstəriciyə malik futbolçuları onların meydanda keçirdiyi dəqiqəyə əsasən sıralayan qurum rəsmiləri Azərbaycan klublarının 6 üzvünü də fərqləndirib.

“Bakı”nın oyunçularının heç nə ilə fərqlənmədiyi oyun günündə “İnter”lilər 4, “Xəzər Lənkəran”lılar 2 nominasiyada ilk “10-luğ”a düşüb. Lakin cənubluların 2 oyunçusundan biri mənfi mənada – qayda pozmaqda fərqlənib. Klublarımızın ən yaxşısı isə Baçana Sxadadze olub. O, həm ən yüksək nəticə - 4-cü yerə imza atıb. Həm də 2 cəhətdən “Top-10”a düşüb.

Xəbər 869 dəfə oxundu.