Bu gün Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək
Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək.

Üç günü əhatə edəcək tura “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu ilə start veriləcək. Oyun saat 19:00-da başlayacaq.

Günün ikinci görüşü “ASK Arena”da baş tutacaq. “Keşlə” öz meydanında “Qarabağ” klubunu qəbul edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Turun digər oyunu sentyabrın 12-də “ASCO Arena”da keçiriləcək. “Zirə” komandası “Səbail”in qonağı olacaq. Matç saat 19:00-da başlayacaq.

Çempionatın ikinci turuna sentyabrın 13-də “Sabah” və “Qəbələ” komandaları arasındakı oyunla yekun vurulacaq. “Bank Respublika Arena”da təşkil olunacaq görüşdə hakimin start fiti saat 19:00-da səslənəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Birinci turdan sonra “Qarabağ”, “Keşlə” və “Neftçi” klublarının aktivində üç xal car. “Qəbələ” və “Zirə” komandaları birinci turda heç-heçə ediblər. Digər pillələrdə müvafiq olaraq, xalı olmayan “Səbail”, “Sabah” və “Sumqayıt” klubları qərarlaşıb.

Xəbər 318 dəfə oxundu.