“Vitoriya” klubunun hücumçusu karyerasını “Qəbələ”də davam etdirəcək
Braziliyanın “Vitoriya” futbol klubunun hücumçusu Eronildo dos Santos Roşa karyerasını “Qəbələ”də davam etdirəcək.

22 yaşlı futbolçu “qırmızı-qaralar”a keçidini rəsmiləşdirmək üçün Azərbaycana gəlib. “Vitoriya” gənc hücumçunu “Qəbələ”yə birillik icarəyə verib.

Futbolçu Braziliyanın U-17 millisində keçirdiyi 7 oyunda 1 qol vurub.

Xəbər 335 dəfə oxundu.