“Çelsi” klubu müdafiəçisi İtan Ampadunu icarəyə verib
İngiltərənin “Çelsi” futbol klubu müdafiəçisi İtan Ampadunu icarəyə verib.

Uels millisinin üzvü karyerasını “Şeffild Yunayted”də davam etdirəcək. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçu ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Ampadu 2017-ci ildə “Ekseter Siti”dən “Çelsi”yə keçib. O, 2019/2020-ci il mövsümündə icarə əsasında Almaniyanın “Leyptsiq” klubunda mübarizə aparıb.

Xəbər 328 dəfə oxundu.