Dördqat dünya çempionu Sebastyan Fettel “Aston Martin” ilə müqavilə imzalayıb
Formula 1 üzrə dördqat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib.

Cari mövsüm başa çatdıqdan sonra “Ferrari”ni tərk edəcək S.Fettelin yeni komandası “Aston Martin” olacaq. Bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Almaniyalı pilot 2021-ci ildən “Aston Martin”də çıxış edəcək.

S.Fettel karyerası ərzində 249 yürüşdə iştirak edib. Onlardan 120-də podiuma qalxıb və 53-də isə qələbə qazanıb.

Pilot 2010-2013-cü illərdə “Red Bull” komandası ilə ardıcıl 4 dəfə çempion olub.

Xəbər 499 dəfə oxundu.