Sabah Türkiyə çempionatının yeni mövsümünə start veriləcək
Sentyabrın 11-də futbol üzrə Türkiyə çempionatının 2020-2021-ci il mövsümünə start veriləcək.

Birinci turun oyunları sentyabrın 11-14-də keçiriləcək. Yeni mövsümdə Super Liqada 21 komanda yarışacaq. Birinci turda “Konyaspor” istirahət edəcək. Açılış turunun mərkəzi oyunu “Trabzonspor”la “Beşiktaş” arasında olacaq.

Çempionatın birinci turunda “Ankaragücü” - “Ərzurumspor”, “Sivasspor” - “Alanyaspor”, “Kayserispor” - “Kasımpaşa”, “Rizəspor” – “Fənərbağça”, “Hatayspor” – “Başakşəhər”, “Qalatasaray” – “Qaziantep”, “Fatih Karagümrük” – “Yeni Malatyaspor”, “Göztəpə” – “Dənizlispor”, “Trabzonspor” –“Beşiktaş” və “Antalyaspor” – “Gənclərbirliyi” görüşləri oynanılacaq.

Qeyd edək ki, ötən mövsüm Türkiyə çempionatının qalibi “Başakşəhər” olub.

Xəbər 464 dəfə oxundu.