“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir İsmayıllıda təşkil olunub
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir AFFA-nın və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədilə icra olunur.

Layihə çərçivəsində rayonun Hacıhətəmli və Mollaisaqlı kəndlərində 50 məktəbliyə futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nihat Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər 475 dəfə oxundu.