“Zirə” klubu “Səbail”lə 12-ci dueldə görüşəcək
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında II turun

oyunları keçiriləcək.

“Zirə” mövsümdə ikinci qarşılaşmasında “Səbail” ilə görüşəcək. Birinci turda səfərdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “qartallar” yenə rəqib meydanında qüvvəsini sınayacaq.

“ASCO Arena”da baş tutacaq oyun komandaların ölkə çempionatında 12-ci dueli olacaq. “Zirə” Premyer Liqada 11 dəfə “Səbail”lə üz-üzə gəlib. Paytaxt klubları ilk dəfə 2017-2018-ci il mövsümündə görüşüblər. Hesabında 6 qələbə olan “qartallar” 2 görüşdən bir xalla ayrılıb. Üç matçda isə “Səbail” qalib gəlib. Son iki qarşılaşmada inamlı qələbələr qazanan “Zirə” top fərqində də üstünlüyə malikdir – 15:7. “Zirə”nin heyətində 13 futbolçu qol sevinci yaşayıb.

“Zirə”nin üstünlüyü səfər oyunlarında da müşahidə olunur. Baş tutan 6 matçda 4 dəfə üç xala sevinən “qartallar” səfərdən iki dəfə məğlub ayrılıb.

Xəbər 997 dəfə oxundu.