“Milan” klubu Sandro Tonalini icarəyə götürüb
“Milan” futbol klubu “Breşia” komandasının yarımmüdafiəçisi Sandro Tonalini icarəyə götürüb.

20 yaşlı yarımmüdafiəçinin icarə müqaviləsinin müddəti açıqlanmayıb. “Milan” klubunun İtaliya millisinin futbolçusunu birdəfəlik transfer etmək hüququna malik olduğu vurğulanıb.

İtaliya mətbuatı “Milan”ın S.Tonali üçün 10 milyon avro icarə haqqı ödəyəcəyini yazıb. Klub futbolçunu birdəfəlik almaq üçün isə 25 milyon avro ödənməlidir.

Qeyd edək ki, yarımmüdafiəçi yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.

Xəbər 513 dəfə oxundu.