David Luiz zədə səbəbindən İngiltərə Premyer Liqasında mövsümün əvvəlini buraxacaq
İngiltərənin “Arsenal” futbol klubunun müdafiəçisi David Luiz Premyer Liqada 2020-2021-ci il mövsümünün başlanğıcını buraxa bilər.

33 yaşlı braziliyalı müdafiəçi boynundan zədə alıb. D.Luiz İngiltərə çempionatının birinci turunda “Fulhem” komandası ilə oyunu buraxacaq. Müdafiəçi zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, D.Luiz 2019-cu ildən London klubunun şərəfini qoruyur. Müdafiəçi bundan əvvəl “Çelsi”, “Paris Sen-Jermen”, “Benfika” və “Vitoria” kimi klublarda oynayıb.

Xəbər 501 dəfə oxundu.