Sumqayıt şəhəri üzrə “Könüllülər Kuboku”na start verilib
Sentyabrın 8-də tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin birgə dəstəyi, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 7 saylı tam orta məktəbin ərazisində yerləşən açıq tipli basketbol meydançasında "Könüllülər Kuboku" yarışının Sumqayıt şəhər mərhələsinə 3x3 basketbol idman növü üzrə start verilib.

Yarışın yekun nəticələrinə görə, oğlanlar arasında birinci yeri İdman Könüllülərinin (Stread Players) komandası, ikinci yeri Sumqayıt Gənclər Evi Könüllülərinin komandası, üçüncü yerə isə Sumqayıt Asan Xidmət Könüllülərinin komandası layiq görülüb.

Sentyabrın 9-da Sumqayıt şəhər 2 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin ərazisində şahmat üzrə yarış keçirilib.

Yarışda gənc könüllüər zəka yarışmasında bir-birini üstələmək əzmi ilə yarışaraq qalibiyyət uğrunda mübarizə aparıblar.

Yekun nəticələrə görə, Ceyhun Hüseynzadə (Gənclər Evi Könüllüsü) və Səfanə Dadaşzadə (İdman Könüllüsü) birinci, Nihad Əliyev (İdman Könüllüsü) ikinci, İlyas Uğurlu (Gənclər Evi Könüllüsü) isə üçüncü yerə layiq görülüblər. Komanda hesabında isə Sumqayıt Gənclər Evi Könüllüləri, İdman Könüllüləri və Asan Xidmət Könüllülərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Operativ qərərgahın bütün tələb və tövsiyyələrini əməl etməklə keçirilən yarışlarda komandaların heç birində tamaşaçı və ya azarkeş olmayıb.

Keçirilən hər iki yarışların yekununda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov tərəfindən şəxsi və komanda hesabında yüksək yerlərə layiq görülən könüllülərə müvafiq diplomlar təqdim olunub.

Yarışların proqramına daxil olan atletika və mini-futbol üzrə yarışlar sentyabr ayının sonunda keçiriləcəkdir.

Xəbər 674 dəfə oxundu.