Almaniya oktyabrda ATP kateqoriyalı iki turnirinə ev sahibliyi edəcək
Almaniyanın Köln şəhəri oktyabrda Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) iki turnirinə ev sahibliyi edəcək.

Birinci turnir oktyabrın 12-də, digər yarış isə ayın 19-da start götürəcək.

Hər iki turnirdə tamaşaçıların iştirakına icazə veriləcək.

Bir müddət əvvəl ATP Milanda baş tutması nəzərdə tutulan “Next Gen ATP Finals” turnirinin ləğv olunduğunu açıqlamışdı.

Xəbər 479 dəfə oxundu.