AFFA-nın nümayəndəsi UEFA tərəfindən yeni təyinat alıb
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də Qazaxıstanın Çimkənd şəhərindəki Kajımukan Munaytpasov adına stadionda keçiriləcək “Kaysar” – APOEL (Kipr) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Xəbər 491 dəfə oxundu.