Memfis Depay "Barselona"ya keçə bilər
Fransanın "Lion" futbol klubunun hücumçusu Memfis Depay İspaniyanın "Barselona" komandasına keçməyə yaxındır.

26 yaşlı niderlandlı hücumçu Kataloniya klubunun təklifi ilə razılaşıb. Klublar arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, M.Depay ötən mövsüm 22 matçda 15 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər 383 dəfə oxundu.