Media seminarı təşkil olunub
Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə hazırılıq işləri çərçivəsində KİV nümayəndələrinin proseslərdə daha yaxından və effektiv iştirakını təmin etmək üçün FIFA-nın media meneceri və YTK-nın media, kommunikasiya departamenti tərəfindən seminar təşkil olunub. Beynəlxalq Muğam Mərkəzinin “UD” Kafesində təşkil olunmuş seminara bir çox yerli mətbuat nümayəndəsi qatılıb. Seminarda əsas məqsəd çempionata hazırlıq mərhələsində və çempionat dövründə KİV-ə turnir xəbərləri və ən son yeniliklərlə bağlı maneəsiz informasiya axınını təmin etmək üçün ümumi məlumatlar təqdim etmək və onların çempionatla bağlı suallarını cavablandırmaq idi.
Seminar zamanı KİV nümayəndələrinin həm ölkəmizdə keçiriləcək çempionat, həm də FIFA-nın digər turnirləri üçün media akkreditasiyası, FIFA media kanalında qeydiyyat proseduru, oyunlar zamanı təşkil olunacaq press konfranslar və s. barədə verilən suallarını FIFA-nın media meneceri Monika Huser və YTK-nın media, kommunikasiya departamentinin direktoru Emin Nəbiyev cavablandırıblar.
Xatırladaq ki, KİV nümayəndələrinin seminarda iştirakı sərbəst idi.
affa.az

Xəbər 1270 dəfə oxundu.