"Keşlə" növbəti transferini reallaşdırıb
Paytaxtın "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.

Braziliyalı yarımmüdafiəçi Alvaro Tavareş mövsümün sonunadək Bakı təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, son olaraq Ukraynanın "Lvov" klubunda çıxış edən 25 yaşlı futbolçu ötən mövsüm Ukrayna Premyer Liqası çərçivəsində 18 oyun keçirib və 3 qol vurub.

Xəbər 388 dəfə oxundu.