Millimizin rəqibi Monteneqro yığması ciddi itki ilə üzləşib
Futbol üzrə Azərbaycan yığmasının Millətlər Liqasında rəqibi olan Monteneqro ciddi itki ilə üzləşib.

Komandanın müdafiəçisi Stefan Saviç cəzalı duruma düşüb.

İyirmi doqquz yaşlı futbolçu Kipr (2:0) və Lüksemburqa (1:0) qalib gəldikləri matçlarda sarı vərəqə alıb. Bu səbəbdən Madrid “Atletiko”sunun üzvü 3-cü turda Azərbaycanla matçı buraxacaq.

Monteneqro–Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.

Xəbər 557 dəfə oxundu.