MBA: “Mayami” 2014-cü ildən bəri ilk dəfə Şərq konfransının finalına yüksəlib
“Mayami” Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsinin ikinci turunun beşinci matçında “Milyoki” komandasına qalib gələrək Şərq konfransının finalına yüksəlib.

Görüş 103:94 hesabı ilə başa çatıb. Matçın ən məhsuldar oyunçusu 23 xal qazanan “Milyoki”nin müdafiəçisi Kris Middlton olub. “Mayami”də isə ən məhsuldar basketbolçular müdafiəçi Qoran Draqic və hücumçu Cimmi Batler (hərəyə 17 xal) olublar. Seriyanı 4:1 hesabı ilə başa vuran “Mayami” 2014-cü ildən bəri ilk dəfə Şərq konfransının finalına çıxıb. Klub üç dəfə - 2006-cı, 2012-ci, 2013-cü illərdə MBA çempionu olub.

Komandanın rəqibi “Boston” və “Toronto” qarşılaşmasının qalibi olacaq (3:2).

Günün digər oyununda “Los-Anceles Leykers” Qərb konfransı yarımfinalının üçüncü matçında “Hyuston”u məğlub edib (112: 102). Seriyada hesab “Leykers”in xeyrinə 2:1 olub. Növbəti görüş sentyabrın 11-də baş tutacaq.

Xəbər 373 dəfə oxundu.