“Neftçi” klubu “Sumqayıt”la oyunun hazırlığını davam etdirir
“Neftçi” klubu Azərbaycan Premyer Liqasının ikinci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir.

Komanda birgünlük fasilədən sonra “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.

Məşqdən əvvəl komanda üzvləri baş məşqçi Füzuli Məmmədovu doğum günü münasibətilə təbrik ediblər.

Qeyd edək ki, sentyabrın 11-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Sumqayıt” matçı saat 19:00-da başlayacaq.

Xəbər 580 dəfə oxundu.