“Bakı” ilə görüşdə müsbət nəticə əldə etdik
“Bakı” ilə oyundan sonra ilk növbədə futbolçularımızı təbrik edirəm. Bunu nəticəyə görə etmirəm”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Mura” klubunun məşqçisi Slobodan Curiç deyib.

Avropa Liqasının I təsnifat mərhələsində “Bakı”nın qonağı olan Murska-Sobta təmsilçisinin çalışdırıcısı 0:0 hesablı nəticədən razı qalıb: “Oyunçularımız üzləşdiyimiz bütün çətinliklərə baxmayaraq qarşılaşmaya köklənə bildi. “Bakı” ilə görüşdə müsbət nəticə əldə etdik. Bu da ki çox yaxşıdır”.
Apasport.az


Xəbər 1049 dəfə oxundu.