AFFA-nın əməkdaşı “Kaysar”–APOEL oyununa təyinat alıb
AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

O, Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Kaysar” (Qazaxıstan) - APOEL (Kipr) matçının UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 17-də Qazaxıstanın Çimkənd şəhərində təşkil ediləcək.

Xəbər 556 dəfə oxundu.