“Alfa Romeo” komandası F-1 Toskana Qran-Prisi üçün yeni rəngli bolid hazırlayacaq
Həftəsonu İtaliyanın Toskana şəhərindəki Mucello trasında keçiriləcək Formula 1 Qran-Prisi üçün “Alfa Romeo” komandası yeni rəngli bolid hazırlayacaq.

Bolidin üzərində İtaliya bayrağının rəngləri əks olunacaq.

Qeyd edək ki, bu həftə sonu keçiriləcək Formula 1 yarışı İtaliya komandaları üçün əlamətdar olacaq. Belə ki, “Ferrari” komandası həftəsonu mininci Qran-Pridə iştirak edəcək. “Alfa Romeo” komandası isə 70 il əvvəl sentyabrda yekunlaşan birinci Formula 1 mövsümün qalibi olub. Cüzeppe Farina “Alfa Romeo 158” bolidi ilə Formula 1 tarixində ilk çempionluq yaşayıb.

Xəbər 389 dəfə oxundu.