Bakının “Neftçi” klubu konqolu hücumçu ilə anlaşıb
Bakının “Neftçi” klubu heyətinə yeni hücumçu cəlb edib.

Bakı təmsilçisi Belçikanın “Bersxot” klubunun futbolçusu Prins İbara ilə anlaşıb.

İyirmi dörd yaşlı futbolçu paytaxt klubunda bir il icarə əsasında oynayacaq. İbara karyerası ərzində Qabon, Qətər, Tunis, Əlcəzair klublarında da çıxış edib. Konqolu hücumçu 2019-cu ildən “Bersxot”da çıxış edir.

Prins peşəkar karyerasında keçirdiyi 70 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə edib.

Xəbər 590 dəfə oxundu.