Xüsusi olimpiyaçılar “Futbol həftəsi” turnirində mübarizə aparacaqlar
Sentyabrın 11-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında “Futbol həftəsi” turniri keçiriləcək.

Yarışda 12 komanda mübarizə aparacaq.

Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil ediləcək.

Turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 594 dəfə oxundu.