Şəkidə stolüstü tennis üzrə respublika yarışı keçiriləcək
Sentyabrın 12-də stolüstü tennis üzrə respublika yarışı keçiriləcək.

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunacaq yarış Şəki Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Turnirdə heyətində iki qız, iki oğlan olmaqla 10 komanda mübarizə aparacaq.

Xəbər 684 dəfə oxundu.