Binədə “Könüllülər ili” çərçivəsində mini-futbol turniri keçirilib
Xəzər Rayon Gənclər və İdman İdarəsinin və Binə qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Binədə yeni inşa edilmiş məhəllə futbol meydançasında mini-futbol turniri keçirilib.

“Könüllülər ili” ilə əlaqədar keçirilmiş turnirdə 8 komanda iştirak edib. Yekun nəticəyə görə, yarışda birinci yeri “Könüllülər” komandası tutub. İkinci pillədə “Xəzər”, üçüncü yerdə isə “Gənclər” komandası qərarlaşıb.

Qalib və mükafatçılar diplom, medallar, sonrakı yerləri tutan komandalar isə həvəsləndirici diplomla təltif olunublar.

Turnirin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.

Xəbər 603 dəfə oxundu.