Binəqədidə basketbol turniri keçirilib
17-18 avqust tarixlərində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş şəhidlərin xatirəsinə həsr olunmuş oğlanlar arasında basketbol turniri keçirilib.

Yekun nəticələrə görə, birinci yerə “İnter”, ikinci yerə “Milan”, üçüncü yerə “Yuventus” komandaları layiq görülüblər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub və yarış açıq hava şəraitində keçirilib. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.

Xəbər 610 dəfə oxundu.