Binəqədidə basketbol üzrə turnir keçirilib
Sentyabrın 3-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş basketbol üzrə qızlar arasında turnir keçirilib.

Yekun nəticələrə görə, 115 saylı orta məktəbin komandası birinci, 83 saylı ikinci, 3 saylı üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub və yarış açıq hava şəraitində keçirilib. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.


Xəbər 608 dəfə oxundu.