“Sumqayıt” FK Hüseyn Cəfərovla müqavilə imzalayıb
2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçunun keçidini reallaşdırıb.

Komanda son mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş Hüseyn Cəfərovu heyətinə qatıb. 3 illik müqaviləyə imza atan 19 yaşlı gənc yarımmüdafiəçi komandada 15 nömrəli formada çıxış edəcək.

Xəbər 493 dəfə oxundu.