“Qarabağ”ın potensial rəqiblərindən olan “Dinamo”nun futbolçusu koronavirusa yoluxub
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubunun potensial rəqiblərindən olan Xorvatiyanın “Dinamo” komandasının futbolçusu koronavirusa yoluxub.

Zaqreb təmsilçisi virusa yoluxan futbolçunun adını açıqlamayıb.

“Dinamo” klubu oyunçular və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığını bəyan edib.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Norveçin “Molde” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə pley-off mərhələsində “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi qarşılaşacaq. Pley-off mərhələsinin ilk matçları sentyabrın 22-də və 23-də, cavab qarşılaşmaları isə sentyabrın 29-da və 30-da oynanılacaq.

Xəbər 563 dəfə oxundu.