AFFA Təbriz klubunu İran kubokunu qazanması münasibətilə təbrik edib
AFFA Təbrizin “Traktor” klubunu futbol üzrə İran kubokunu qazanması münasibətilə təbrik edib.

Bu barədə AFFA-nın “Facebook”dakı rəsmi səhifəsində təbrik mesajı yerləşdirilib.

Xatırladaq ki, “Traktor” komandası finalda Tehranın “İstiqlal” klubunu 3:2 hesabı ilə məğlub edərək kuboka sahib olub.

Xəbər 533 dəfə oxundu.