MBA-nın pley-off mərhələsində mübarizə davam edir
Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində mübarizə davam edir.

Turnir çərçivəsində “Toronto Reptors” klubu “Boston Seltiks”lə qarşılaşıb.

Orlandoda keçirilən görüşə Boston basketbolçuları daha yaxşı başlayaraq böyük fasiləyə öndə yollanıblar – 62:35. Sonradan təşəbbüsü ələ alan Toronto komandası çox çalışsa da, yekunda məğlub olub. Görüşdə “Boston Seltiks” 111:89 hesablı qələbə qazanıb və seriyada 3:2 hesabı ilə önə keçib.

Oyunun ən yaxşısı Ceylen Braun olub. “Boston Seltiks”in basketbolçusu 27 xal, 6 ribaundla yadda qalıb.

Digər oyunda isə “Los-Anceles Klippers” “Denver Naqqets”lə qarşılaşıb. Los-Anceles basketbolçuları 113:107 hesabı ilə qalib gələrək seriyada önə keçiblər - 2:1.

Xəbər 621 dəfə oxundu.